Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsrail Beyrutda "Hizbullah"ın komanda mərkəzlərinə zərbələri başa çatdırıb

 

İsrail Müdafiə Odusu Beyrutda "Hizbullah"ın komanda mərkəzlərinə zərbələr dalğasını başa çatdırıb.

Yenixeber.org: "İsrail ordusu qısa müddət əvvəl radikal "Hizbullah" qruplaşmasının komanda mərkəzlərinə, silah anbarlarına və peyk rabitəsi komponentlərinə zərbələr dalğasını başa çatdırıb", - məlumatda bildirib.

Məlumata görə, əməliyyat zamanı qruplaşmanın təxribatlar və kəşfiyyat məlumatlarının toplanması üçün istifadə etdiyi rabitə qovşaqları vurulub.

"Vurulmuş bütün hədəflər "Hizbullah"a məxsus olan və İsrail ordusu ilə dövlətin dinc vətəndaşlarına qarşı müxtəlif niyyətlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuş obyektlərdir", - məlumatda bildirilib.

Bununla yanaşı, İsrail ordusundan qeyd edilib ki, zərbələrin endirilməsindən əvvəl xəbərdarlıqlar edilib, yüksək dəqiqlikli döyüş sursatları tətbiq olunub və havadan müşahidə aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam