ÜST: Tehranda bir xəstəxana yaxınlıqdakı partlayışlar səbəbindən təxliyə edilib
İranın paytaxtında bir xəstəxana yaxınlıqdakı partlayışlar səbəbindən təxliyə edilib.
Yenixeber.org xəbər verir ki, bu barədə “Reuters“ Ümumdünya Səhiyyə Təşkilatına istinadən məlumat yayıb.
ÜST-un sözcüsü Tehran şəhərindəki Qandi Xəstəxanası ilə əlaqədar bildirib ki, yaxınlıqdakı partlayışlar səbəbindən xəstəxanaya zərər gəldiyi üçün xəstələr təxliyə ediblər.
Bildirilir ki, təşkilat hazırda 28 fevralda ABŞ-İsrailin İrana hava hücumlarına başlamasından bəri ölkədə üç digər tibb müəssisəsinin hədəf alındığına dair məlumatları yoxlamağa çalışır.









AZ
RU