Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda təbiət hadisəsi baş verib

 

Azərbaycanda qışın ən soyuq hesab edilən dövrü - Kiçik çillə çıxıb.

Yenixeber.org xəbər verir ki, Xalq təqviminə görə, dekabrın 21-dən başlayan qış fəslinin “oğlan çağı” - 20 günlük Kiçik çillə fevralın 20-də başa çatıb.

Bu gündən – 21 fevraldan Novruz bayramınadək qalan 30 günlük müddəti - Boz ayı yaşayacağıq. 

Bu təqvimlə qış üç hissədən ibarətdir: dekabrın 21-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 20-dək Kiçik çillə, fevralın 21-dən martın 20-dək Boz ay davam edir.

Adətən Böyük çillədən fərqli olaraq, Kişik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Eyni zamanda qar yağır.

Ona görə də Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər.

"Çillə" sözü - ağrı, acı, çətinlik, məşəqqət, sıxıntı mənasını ifadə edir. Çillədən çıxmaq ağrıdan, acıdan çıxmaq deməkdir. 

Havanın dəyişkən keçməsinə görə Boz ay haqqında "Boz ay bozara-bozara keçər", "Boz ay boz sifətin göstərir" deyirlər.

Boz ay dövründə qışın qurtarmasını və təbiətin oyanmasını qeyd etmək üçün ilaxır çərşənbələr qeyd edilir. Bu günlərdə od-ocaq qalanır, insanlar alovun üzərindən atılaraq ağırlıqdan xilas olur.

Bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək. Martın 3-də Od, martın 10-da Yel, martın 17-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.

Azərbaycanda bu il yaz fəsli martın 20-si saat 18:45:53-dən başlayacaq.

Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam