Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

"Halal Nemət 1000 Bərəkət"in sosiskasından tük çıxdı -VİDEO/FOTO



“Halal Nemət 1000 Bərəkət”ə məxsus Manqalüstü sosiska məhsulundan tük çıxması ilə bağlı sosial şəbəkələrdə videofakt yayılıb. 


Yenixeber.org: Videoda məhsulun içindən tükçıxdığı açıq şəkildə görünür və bu hal ictimaiyyətdə ciddi narahatlıq doğurub.

Qeyd edək ki, son aylarda kolbasa və sosiska məhsulları ilə bağlı sağlamlığa zərər vura biləcək oxşar hallar barədə istehlakçı şikayətləri artmaqdadır. Bu şikayətlər əsasən məhsullardan yad cisimlərin çıxması, keyfiyyətin aşağı düşməsi və gigiyenik normalara əməl olunmaması iddiaları ilə bağlıdır.

“Halal Nemət 1000 Bərəkət” Azərbaycanda ət və ət məhsulları istehsalı sahəsində ən böyük müəssisələrdən biri hesab olunur. Belə iri istehsalçıya məxsus məhsuldan tük çıxması isə ya istehsal prosesində diqqətsizlik, ya da sanitar-gigiyenik qaydalara lazımi səviyyədə əməl edilməməsi ehtimalını gündəmə gətirir.

Mütəxəssislərin fikrincə, bu cür hallar istehsal müəssisələrində gigiyenik vasitələrdən istifadənin azalması, əməkdaşların sanitar nəzarətinin zəifləməsi və istehsal xəttində daxili nəzarət mexanizmlərinin səmərəsizliyi ilə bağlı ola bilər. Son illər qiymətlərin artması fonunda bəzi istehsalçıların xərcləri azaltmaq məqsədilə müəyyən sanitar ləvazimatların və nəzarət mexanizmlərinin arxa plana keçirilməsi də bu kimi problemlərə yol aça bilər.

Qida təhlükəsizliyi baxımından ət və ət məhsullarında yad cisimlərin aşkarlanması istehlakçı sağlamlığı üçün ciddi risk hesab olunur və bu hallar müvafiq nəzarət orqanları tərəfindən araşdırılmalıdır. 

Məsələ ilə bağlı “Halal Nemət 1000 Bərəkət” şirkətinin mövqeyini dərc etməyə hazırıq. Eyni zamanda aidiyyəti qurumların faktla bağlı araşdırma aparması və ictimaiyyətə rəsmi açıqlama verməsi zəruri hesab olunur.(Bizimesr.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam