Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib

 

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yenixeber.org xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu təşəbbüs konstruktiv siyasətin və dözümlülüyün təşviqi yolu ilə davamlı sülhə və sabitliyə nail olmaq üçün ardıcıl səylərinizin, güclü iradənizin tanınmasının daha bir təsdiqidir.

Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin imzalanmasını iki dövlət arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi, həmçinin Qafqaz regionunda və onun hüdudlarından kənarda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi prosesində mühüm amil hesab edirik.

Tacikistan sülhsevər ölkə olaraq bu önəmli, konstruktiv və tarixi nailiyyəti bir daha alqışlayır və bütün mübahisələrin, münaqişələrin yalnız siyasi-diplomatik üsullarla həllinə sadiqliyini vurğulayır.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan xalqına isə yeni nailiyyətlər, davamlı sülh və bundan sonra da tərəqqi arzulayıram".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam