Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Sumqayıtda növbəti səyyar qəbul davam edir: Zakir Fərəcov sakinlərin müraciətini dinlədi -FOTOLAR

Sumqayıt şəhərində vətəndaş məmnunluğunun artırılması və əhalinin müraciətlərinin yerində dinlənilməsi məqsədilə davamlı olaraq səyyar qəbul-görüşlər təşkil olunur. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti görüşü şəhərin 1-ci məhəlləsində  keçirilib.

Yenixeber.org: Səyyar qəbulda Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, müvafiq idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və qəsəbə sakinləri iştirak ediblər.

Görüş zamanı şəhər rəhbəri vətəndaşların müraciətlərini fərdi qaydada dinləyib, sosial müdafiə, məişət şəraiti, kommunal xidmətlər, yol və infrastrukturla bağlı qaldırılan məsələlər qeydə alınıb. Müraciətlərin bir hissəsi yerində operativ həllini tapıb, araşdırma tələb edən məsələlər üzrə isə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Zakir Fərəcov qəbul zamanı Sumqayıt şəhərində aparılan abadlıq və quruculuq işləri, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, kommunal xidmətlərin keyfiyyətinin artırılması, yaşayış məhəllələrinin mərhələli şəkildə yenidən qurulması və əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələr barədə sakinlərə ətraflı məlumat verib. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ardıcıl və planlı şəkildə davam etdiriləcək.

Görüşdə iştirak edən sakinlər son illər Sumqayıt şəhərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və abadlıq işlərini yüksək dəyərləndirərək, vətəndaş müraciətlərinə çevik və həssas münasibətə görə şəhər rəhbərliyinə təşəkkürlərini bildiriblər.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam