Xocəsəndə qanunsuz tikili sökülüb- VİDEO
Bakının Binəqədi rayonu, Xocəsən qəsəbəsində qanunsuz tikili sökülüb.
Yenixeber.org: Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, qəsəbə ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar olunub, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.










AZ
RU