Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək.
Yenixeber.org: Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəbul yanvarın 23-ü saat 10:00-da Ağsu rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbul zamanı Ağsu, Şamaxı, Qobustan, İsmayıllı rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək. Vətəndaşlar 2026-cı il yanvarın 17-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.









AZ
RU