Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Ermənistan MN-in vəzifəli şəxsləri irimiqyaslı mənimsəmədə ittiham olunurlar

 

Ermənistan Müdafiə Nazirliyinin (MN) N-saylı hərbi hissəsinin batalyon komandirinin müavini və anbar rəisi irimiqyaslı mənimsəmədə ittiham olunublar.

Yenixeber.org xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat verib.

Bildirilib ki, onlar öz vəzifə səlahiyyətlərindən istifadə edərək satış məqsədilə 700 litr dizel yanacağını qrup halında oğurlayıblar. Yanacaq hərbi hissənin ərazisindən alıcının avtomobili ilə çıxarılıb və satılıb, əldə edilən məbləğ isə oğurlayan şəxslər arasında bölüşdürülüb.

"Sonradan onlar hərbi hissədən daha 2 ton dizel yanacağını çıxarmağa cəhd göstəriblər - lakin bacarmayıblar. Çünki anbar rəisi saxlanılaraq Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərilib. Oğurluq və oğurluğa cəhdə görə batalyon komandirinin müavininə və anbar rəisinə ittihamlar irəli sürülüb", - məlumatda qeyd olunub.

İttihamlar, həmçinin tağım komandirinə və yanacağın alıcısına da irəli sürülüb. Alıcıya qarşı qətimkan tədbiri olaraq ev dustaqlığı tətbiq edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam