Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Mixeil Kavelaşvili: Ölkələrimiz arasında əməkdaşlıq davamlı sülhün təşviqi üçün təməl rolunu oynayır

 

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yenixeber.org-un məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri, hörmətli cənab Prezident.

İcazə verin, doğum gününüz münasibətilə gürcü xalqı adından və öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırım.

Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası davamlı sülhə, sabitliyə və mühüm nailiyyətlərə nail olub ki, bu da uzaqgörənliyinizin və Azərbaycan xalqının rifahı naminə göstərdiyiniz fədakar xidmətinizin əyani sübutudur. İnanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə daha da güclənəcək.

Əminəm ki, xalqlar arasında nümunəvi dostluq münasibətləri və möhkəm strateji tərəfdaşlıq qarşıdakı illərdə də möhkəmlənəcək və genişlənəcək. Gürcüstan və Azərbaycan arasındakı əməkdaşlıq təkcə ikitərəfli əlaqələrimizin inkişafı üçün deyil, həm də Cənubi Qafqazda daha dərin regional inteqrasiyanın, davamlı sülhün və sabitliyin təşviqi üçün təməl daşı rolunu oynayır.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, tükənməz enerji və yüksək məsuliyyətli dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə davamlı sülh və rifah arzulayıram".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam