Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil alıb -

“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil alıb
Sərfəli mobil operator “Nar” “Çoox Şanslı” lotereyası çərçivəsində daha bir qalibini sevindirib. Keçirilən son tirajda növbəti “Haval H6 Ultra” avtomobilinin sahibi Elmira Ağabəyova olub. “Nar” qalibi təbrik edərək ona avtomobilin açarını təqdim edib. Avtomobil tirajı ilə yanaşı, “Çoox Şanslı” lotereyasında daha üç abunəçi – Yalçın Rüstəmli, İbrahim Səfərov, Mehparə Hümbətova “Xiaomi Redmi Note 14 Pro” smartfonu qazanıblar. Qaliblər hədiyyələrini böyük sevinc və həyəcanla qəbul ediblər.

Yenixeber.org: Qeyd edək ki, qaliblər tam təsadüfi seçimlə müəyyən olunub və nəticələr canlı yayımda elan edilib. “Çoox Şanslı” lotereyası ilin sonuna qədər davam edəcək. Bu müddət ərzində “Nar” abunəçiləri hər gün “Xiaomi Redmi Note 14 Pro”, hər həftə “Haval H6 Ultra” və finalda “Li L9 Ultra” avtomobili kimi möhtəşəm hədiyyələr qazanmaq imkanı əldə edirlər.

Xatırladaq ki, “Çoox Şanslı” lotereyasında iştirak etmək üçün “Nar” abunəçiləri sadəcə balanslarını artıra və ya şans qazandıran şanslı paketlərdən birini aktivləşdirə bilərlər. Belə ki, 1 AZN-lik şanslı paketə daxil olan 3 şans və 15 şəbəkədaxili danışıq dəqiqəsini *71#YES;
2 AZN-lik şanslı paketə daxil olan 7 şans və 35 şəbəkədaxili danışıq dəqiqəsini *72#YES; 3 AZN-lik şanslı paketə daxil olan 12 şans və 55 şəbəkədaxili danışıq dəqiqəsini isə *73#YES nömrəsini yığaraq aktivləşdirmək mümkündür. Hər balans artımı və ya paket aktivləşdirməsi abunəçiyə əlavə şans qazandırır və qalib olmaq ehtimalını artırır.

Abunəçilər topladıqları şansların sayını və iştirak statuslarını “Nar+” tətbiqi və nar.az veb səhifəsindəki xüsusi lotereya bölməsindən rahatlıqla izləyə bilərlər.

Daha ətraflı məlumat üçün: lotereya.nar.az/

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam