Milli Dəyərlərin Qorunması İctimai Birliyi “Zamanı aşan İRS” layihəsinə star verdi

Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Milli Dəyərlərin Qorunması İctimai Birliyi tərəfindən “Zamanı aşan İRS” adlı layihə həyata keçirilir.
Layihənin rəhbəri Dilara Nağıyevаdır. Layihə 2025-ci il avqustun 1-dən başlayaraq oktyabrın 31-dək, 3 ay müddətində icra olunur.
“Zamanı aşan İRS” layihəsinin əsas məqsədi Azərbaycanın görkəmli xeyriyyəçisi, ictimai xadimi Ağa Musa Nağıyevin həyat və fəaliyyətini, onun yaratdığı irsin cəmiyyətə və xüsusən də gənc nəslə tanıdılması, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində maarifləndirmə işlərinin aparılmasıdır.
Layihə çərçivəsində “İrsin varisi” adlı sosial çarx hazırlanacaq. Çarxda həm Ağa Musa Nağıyevin həyatı və xeyriyyəçilik fəaliyyəti, həm də tarixçi, elmlər namizədi Dilara Nağıyevanın 35 illik fədakar elmi və ictimai fəaliyyəti işıqlandırılacaq.
Layihə, milli dəyərlərin təbliği və milli irsin gənc nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ağa Musa Nağıyev irsinin müasir dövrdə təbliği və tanıdılması, gənclərin bu dəyərlər ətrafında birləşməsi layihənin əsas ideya xəttini təşkil edir.









AZ
RU