İqlim səfirləri: Gənclərin COP29 missiyası layihəsi icrasına başladı

Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İqlim səfirləri: Gənclərin COP29 missiyası” layihənin icrasına start verib.
Layihənin məqsədi gənclər arasında iqlim dəyişiklikləri ilə mübarizə sahəsində maarifləndirməni artırmaq, onların ekoloji məsuliyyətini və fəallığını gücləndirməkdir. “İqlim Səfirləri” təşəbbüsü çərçivəsində gənclərin beynəlxalq əhəmiyyətli COP29 konfransı haqqında, iqlim diplomatiyasında gənclərin rolu və yerli icmalarda ekoloji təşəbbüslərin təşviqi əsas istiqamət kimi müəyyən olunub.
Layihə çərçivəsində müxtəlif maarifləndirici təlimlər və “yaşıl düşüncə” təşviq edən fəaliyyətlər keçiriləcək. Gənclər iqlim problemlərinin həlli, davamlı inkişaf məqsədləri və ekoloji liderlik mövzularında bilik və bacarıqlar əldə edəcəklər.
Layihə 2025-ci ilin avqust ayında başlayıb və üç ay müddətində avqust, sentyabr və oktyabr aylarında həyata keçiriləcək. Layihənin sonunda fəal iştirakçılar sertifikat veriləcək.
Təşkilatın sədri Nəsimi Həsənov layihənin əhəmiyyətindən bəhs edərək bildirib ki, “Bu layihə gənclərin iqlim məsələlərinə yanaşmasının formalaşmasında mühüm addımdır”. Biz istəyirik ki, gənclər yalnız müşahidəçi deyil, həm də iqlim dəyişikliklərinə qarşı mübarizədə fəal tərəfdaş olsunlar.










AZ
RU