Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Saleh Səmədovun qardaşı da həbs edildi - digəri axtarışa verilib

Saleh Səmədovun qardaşı da həbs edildi - digəri axtarışa verilib

İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri, hazırda həbsdə olan Saleh Səmədovun üç oğlunun vəzifədən azad olunmasının ardınca bu ailəyə aid daha bir xəbər yayılıb.

Yenixeber.org: Saleh Səmədovun böyük qardaşı Atababa Səmədov da həbs olunub.

Onun digər qardaşı Sahib Səmədovun da anoloji əmələ görə barəsində axtarış elan edildiyi bildirilir.

Mənbənin verdiyi məlumata görə, Atababa Səmədov bir qrup şəxslə mütəşəkkil qaydada dələduzluq əməli törətməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Səmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Atababa Səmədov müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin ümumi məbləği 320 min dollar miqdarında pulunu mənimsəyib. O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə vəd veribmiş.

Saleh Səmədovun qardaşının Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə ittiham olunduğu üzə çıxıb. O da məlum olub ki, Atababa Səmədov illər öncə də məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Saleh Səmədov Faşizm üzərində Qələbənin növbəti ildönümü ilə bağlı keçirilən tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış etmişdi. (qaynarinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam