Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Mirzoyan: Azərbaycanla əldə edilən bütün razılaşmalar faydalıdır

 

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, Azərbaycanla əldə edilən bütün razılaşmalar qarşılıqlı faydalıdır.

Yenixeber.org-un məlumatın görə, o, Ermənistan və Azərbaycan arasında sülh və kommunikasiyaların açılması barədə razılaşmalara əməl edilməsinə zəmanətlərlə bağlı suala cavab verərkən bunu bəyan edib.

"Belə zəmanətlər işləmir, biz bunu öz təcrübəmizdən də bildik", - o qeyd edib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması dönüş nöqtəsidir.

Nazir, həmçinin müqavilələrin yerinə yetirilməsinə ən yaxşı təminatın üçüncü tərəfin, xüsusilə də fövqəldövlətin iştirakı ola biləcəyi fikrini rədd edib.

O, sülh sazişi nəticəsində guya Azərbaycanın hər şeyi, Ermənistanın isə heç nə əldə etməyəcəyi barədə bəyanatları da şərh edib: "Bizim əldə etdiyimiz şey bizim üçün faydalıdır. Azərbaycanın əldə etdiyi şey onlar üçün çox vacibdir. Bu halda hər iki tərəf razılaşmalara riayət etməkdə maraqlı olacaq. ABŞ Prezidenti Donald Trampın iştirakı əlavə dəyər hesab oluna bilər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam