Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İmamoğlu barədə həbs qərarı verildi

 

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) həbsdə olan sədri Əkrəm İmamoğlu, onun müşaviri Nəcatı Özkan və jurnalist Merdan Yanardağ “siyasi casusluq” ittihamı ilə həbs edilib.

Yenixeber.org-un məlumatına görə, İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində sözügedən şəxslərin ifadələri alınıb.

Onlar barəsində “siyasi casusluq” ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Qərarda qeyd olunur ki, Əkrəm İmamoğlunun rəhbərlik etdiyi iddia edilən cinayət təşkilatı prezidentliyə namizədlik üçün maliyyə toplamaq məqsədilə müxtəlif korrupsiya əməliyyatları həyata keçirib.

Bununla yanaşı, onların xarici dəstək qazanmaq üçün casusluq fəaliyyətlərinə də cəlb olunduqları iddia olunur.

Sənəddə bildirilir ki, İmamoğlu və Özkan 2019-cu il seçkilərində üstünlük əldə etmək məqsədilə bir çox seçicinin sosial media hesablarına və daxili yazışmalara qanunsuz şəkildə müdaxilə ediblər. Prokurorluğa görə, onlar İBB-yə aid məlumatları “Ostin” adlı onlayn platformaya ötürərək bu məlumatları xarici kəşfiyyat orqanlarının dəstəyi ilə təhlil etdiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam