Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Maaşlarımızdan bu qədər vergi tutulacaq

 

“Bu günlərdə Vergilər Məcəlləsinə yeni dəyişiklik çox müzakirə edilir. Əsasən də özəl sektorda 2500 qədər olan maaşlara 3%verginin tətbiq edilməsi müzakirə edilir”.

Yenixeber.org xəbər verir ki, bunu iqtisadçı-ekspert Eyyub Kərimli bildirib.

O, bəzi KİV-də 1000 manat olan maaşlardan 30 manat vergi tutulacağı haqda xəbər yayıldığını, lakin bu səhv olduğunu qeyd edib:

“Belə ki, hazırkı dəyişiklik Vergilər Məcəlləsinin 102.1.6-ci maddəsinin tələblərini yenidən tətbiq etməyə imkan verir. 

Həmin maddənin tələbinə əsasən fiziki şəxslərin gəlirləri ayda 2500 manat olduqda, 200 manat olan hissəsi vergi tutulmasından azaddır.

Yəni ki, 1000 manat maaş alan insan 30 manat deyil, 24 manat vergi ödəyəcək: 1000 manat - 200 manat = 800 manat X 3%= 24 manat.

Həmin maddənin tələbi, ödəniləcək verginin 6 manat azalmasına imkan verir. 2500 manat maaş alan şəxs isə 75 deyil, 69 manat vergi ödəməli olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam