Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
Günün xəbəri

Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları bina sakinin avtomobilini cızdı -FOTOLAR+VİDEO

Bir neçə gün əvvəl Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları Səbail rayonu, Yeni Salyan yolu 22 ünvanında, Jurnalistlər binası ərazisində yaşıllaşdırma işləri apararkən Jurnalistlər binasında yaşayan Rail İbrahimovun avtomobilinə ziyan vurublar.

Yenixeber.org: Şikayətçi Rail İbrahimov yenifikir.media-ya bildirib ki, bir ay öncə aldığı bahalı avtomobilinin sağ arxa qapısı cızılıb.

Bu məsələ ilə bağlı yenifikir.media Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edib. Telefon sorğusu zamanı Birlikdən bildirilib ki, zərərçəkmiş Rail İbrahimovla tezliklə əlaqə saxlanılacaq. Lakin indiyədək onunla əlaqə qurulmayıb və dəyən ziyan aradan qaldırılmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam