Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Sabiq yüksək vəzifəli şəxslərin evlərindən 7 milyon dollardan çox pul müsadirə edilib-FOTO

 

Ötən gün Gürcüstanın sabiq yüksək vəzifəli şəxslərinin evlərində aparılmış axtarışlar zamanı 7 milyon 2200 dollar və 136 min lari həcmində pul vəsaitləri müsadirə olunub.

Yenixeber.org xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilən brifinqdə bildirilib.

Külli miqdarda pul vəsaitləri ilə yanaşı 198 ədəd qiymətli zərgərlik məmulatı və saatlar, bahalı rəsm əsərləri, bir neçə min vərəq sənəd, 50 ədəd mobil telefon və 119 ədəd elektrik avadanlığı da götürülüb.

Axtarışların Tbilisi şəhəri, Dedoplistskaro,Vani, Çoxotauri və Borjomi rayonalarında keçmiş Baş nazir İrakli Qaribaşvili, Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili, keçmiş Baş prokuror Otar Partsxaladze, sabiq iqtisadiyyat nazirinin müavini Romeo Mikautadze, Mixail Çoxeli, Vano və Tornike Parkauli, Sandro Liluaşvili və onların ailə üzvlərinə məxsus 24 mənzil və yaşayış evində həyata keçirildiyi qeyd olunub. Axtarış tədbirlərində Gürcüstanın Baş Prokurorluğu və DTX-nın 230-a yaxın əməkdaşı iştirak edib.

Hazırda DTX Gürcüstanın Baş Prokurorluğunun İstintaq Departamenti ilə birgə sənədlər və elektrik avadanlıqlarla bağlı məlumatları intensiv şəkildə araşdırıb emal edir.

Qeyd edilib ki, müsadirə edilmiş pul vəsaitlərinin əsl mənşəyi müəyyən edilir, bundan sonra emal olunmuş məlumatlar əsasında növbəti istintaq-əməliyyat tədbirləri planlaşdırılacaq və aidiyyəti şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam