Tramp İspaniyanı cəzalandıra bilər
ABŞ NATO büdcəsi üçün xərclərini artırmaması səbəbindən İspaniyaya ikitərəfli idxal tarifləri tətbiq edə bilər.
Yenixeber.org: Bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
“Mən əslində onları buna görə tariflərlə cəzalandırmağı düşünürdüm. Və mən bunu edə bilərəm”, - Ağ Ev rəhbəri bildirib.
Onun sözlərinə görə, İspaniyanın NATO daxilində hərbi xərclərini digər üzv ölkələr kimi ÜDM-in 5%-nə qədər artırmaması inanılmaz dərəcədə hörmətsizlikdir.