Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“Nar” Azərbaycanın iqtisadi imkanlarını əks etdirən analitik nəşrə dəstək verib -FOTO

nar-azerbaycanin-iqtisadi-imkanlarini-eks-etdiren-analitik-nesre-destek-verib

Sərfəli mobil operator “Nar” Alman-Azərbaycan Ticarət Palatası (AHK Azərbaycan) və “Germany Trade & Invest”in (GTAI) əməkdaşlığı ilə hazırlanan “Market Analysis Azerbaijan 2025–2026 – Industry Profiles and Investment Trends” adlı yeni nəşrin çapına dəstək olub.

Yenixeber.org: Bu nəşr Azərbaycanın iş dünyası nümayəndələri üçün etibarlı informasiya mənbəyi kimi ölkəmizin iqtisadiyyatında baş verən əsas inkişaf tendensiyalarını və gələcək investisiya imkanlarını təqdim edir.

Bildirilib ki, nəşr Azərbaycanın iqtisadi mənzərəsini əhatəli şəkildə təqdim edərək yerli və xarici investorlar üçün dəyərli bələdçi rolunu oynayır. Topluda ölkə iqtisadiyyatının on bir əsas sektoru – bərpa olunan enerji, neft-qaz, tikinti, kənd təsərrüfatı, səhiyyə, maliyyə, İKT, nəqliyyat, gəmiqayırma, mədən və su təsərrüfatı sahələri üzrə vəziyyət və perspektivlər ətraflı təhlil olunub. Həmçinin Qarabağın bərpası, sənaye zonaları və Bakı şəhərinin baş planı kimi istiqamətlər də ayrıca bölmələrdə işıqlandırılıb. Nəşr alman və ingilis dillərində pulsuz təqdim olunur və AHK Azərbaycanın rəsmi vebsaytından yükləmək mümkündür.

Bu layihəyə dəstək verməklə “Nar” Azərbaycanın iqtisadi inkişafı və beynəlxalq biznes əlaqələrinin güclənməsinə töhfə verməyi, həmçinin ölkədə bilik əsaslı və davamlı iqtisadi mühitin formalaşmasına dəstək göstərməyi hədəfləyir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam