Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Azərbaycan Dohada "Jurnalistlərin silahlı münaqişələrdə müdafiəsi" adlı konfransda təmsil olunur-FOTO

 

Qətərin paytaxtı Dohada bu dövlətin Milli İnsan Hüquqları Komitəsi (NHRC) və Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin birgə təşkilatçılığı ilə "Silahlı münaqişələrdə jurnalistlərin müdafiəsi" mövzusunda beynəlxalq konfrans keçirilir.

Yenixeber.org xəbər verir ki, konfransda ölkəmizi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev təmsil edir.

Beynəlxalq konfrans dünyanın müxtəlif münaqişə zonalarında peşə fəaliyyətini həyata keçirərkən həlak olan jurnalistlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.

Tədbirdə çıxış edən Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri Məryəm bint Abdullah Al Attiyah və Əl-Cəzirə Media Şəbəkəsinin baş direktoru Şeyx Nasir bin Faysal bin Xəlifə Al Tani dünya miqyasında baş verən jurnalist ölümlərinə görə təəssüfləniblər və konfransın media işçilərinin məqsədli hədəfə alınmasına cavab olaraq təşkil edildiyini bildiriblər. Vurğulanıb ki, jurnalistlərin qətlə yetirilməsi yalnız həyat hüququnun pozulması deyil, həm də insanların məlumat və həqiqətə çıxış hüquqlarının məhdudlaşdırılmasıdır. Həmçinin beynəlxalq jurnalist icması və insan hüquqları müdafiəçiləri ön cəbhədə olan jurnalistləri qorumaq üçün birləşməyə çağırılıb. Qeyd edilib ki, bu, onlara rahat fəaliyyət göstərməkdə kömək olacaq.

İki gün davam edəcək konfrans silahlı münaqişələrdə jurnalistlərə qarşı pozuntuları araşdırmaq üçün beynəlxalq faktaraşdırıcı komitələrin yaradılmasını nəzərdə tutan təklifin qəbul olunmasını, beynəlxalq qorunma mexanizmlərinin gücləndirilməsi yollarını araşdıracaq. Tədbir çəçivəsidnə yeddi plenar sessiya keçiriləcək və bir sıra məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, silahlı münaqişələrdə jurnalistlərin müdafiəsinə dair beynəlxalq konfrans Beynəlxalq Mətbuat İnstitutunun (IPI) 2016-cı ilin mart ayında Dohada keçirilmiş Dünya Konqresi çərçivəsində, "Əl-Cəzirə" Media Şəbəkəsinin ev sahibliyi ilə qəbul olunmuş Jurnalistlərin Müdafiəsinə dair Ümumdünya Bəyannaməsi - Doha Bəyannaməsi əsasında təşkil olunur. Bəyannamə BMT İnsan Hüquqları Şurası tərəfindən təsdiqlənib və 70-dən çox media qurumu və 1500-dən çox jurnalist tərəfindən imzalanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam