Bu gün Ukrayna-Rusiya müharibəsi Avropa İttifaqının öz müharibəsi elan edilib.
Yenixeber.org: Bunu Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə bildirib.
Viktor Orban deyib ki, macarlar Türk dünyasının sülhsevərliyini təqdir edir: “Biz sizinlə bir arada, sülhsevərlər düşərgəsində olmaqdan şərəf duyuruq”.