Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ən sürətli roadsteri artıq Azərbaycanda! -FOTOLAR

dunyanin-en-suretli-roadsteri-artiq-azerbaycanda

“Nazar Holdings/Bugatti Baku” dünyanın ən eksklüziv avtomobilinin regiondakı ilk təqdimatını həyata keçirib.

Yenixeber.org: Bu, təkcə Azərbaycanın deyil, həm də bütün Asiya və Yaxın Şərq regionunun ilk Mistral təqdimatıdır.

“Bugatti Mistral” 1600 at gücünə malik W16 mühərriki ilə, 420 km/saatdan artıq sürətə çatan, dünyanın ən sürətli açıq tavanlı avtomobili kimi tanınır. Bu model avtomobil sənayesində performans, dizayn və texnoloji mükəmməlliyin ən yüksək zirvəsini təmsil edir.

“Nazar Holdings” artıq 8 ölkədə “Bugatti” markasının rəsmi təmsilçisi olaraq fəaliyyət göstərir və markanın ən böyük və ən müasir “Bugatti” salonu məhz Bakıda yerləşir. “Bugatti Baku” təkcə satış mərkəzi deyil, həm də lüks avtomobil dünyasının dəyərlərini əks etdirən unikal bir təcrübə məkanıdır.

“Nazar Holdings”in sahibi Əli Nəzər bildirib ki, “Bugatti Mistral”ın Bakıya gətirilməsi yalnız bir avtomobilin təqdimatı deyil, bu, Azərbaycanı dünya superkar xəritəsində aparıcı mərkəzlərdən birinə çevirən hadisədir.

Bu təqdimat həmçinin “Bugatti Veyron”un 20 illik yubileyi ilə eyni zamana təsadüf edir və Heydər Əliyev Mərkəzində keçirilən unudulmaz mərasim çərçivəsində təqdim olunub.






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam