MİQ-in apellyasiya müsahibələrinin nəticələri açıqlanıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Yenixeber.org: Bu barədə Təhsil İnstitutunun İnsan Resurları Mərkəzi məlumat yayıb.
Apellyasiya müsahibələri 8 sentyabr tarixində onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.
Qeyd edilib ki, müsahibə linki 7 sentyabr tarixində namizədlərin şəxsi səhifələrində qeyd olunan elektron poçt ünvanlarına göndəriləcək.