Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Müəllimlərin işə qəbulu üzrə apellyasiya müsahibələrinin nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə apellyasiya müsahibələrinin nəticələri açıqlanıb

2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri elan olundu.

Yenixeber.org: Müsahibələrdə iştirak etmiş namizədlərin şəxsi səhifələrinə bu barədə müvafiq məlumat göndərilib.

Müsahibə mərhələsində 219 namizəd uğur qazanaraq ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə çalışmaq imkanı əldə edib.

Namizədlər sentyabrın 16-sı saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Namizədlərdən sənədləri təqdim etdikdən sonra şəxsi səhifələrini yoxlayıb çıxarışın təsdiq olunduğundan əmin olmağı tələb olunur. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri 8-9 sentyabr tarixlərində həyata keçirilib. Müsahibələr onlayn formatda və Microsoft Teams platforması üzərindən təşkil olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam