Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qəzetlərə zərbə: Çap xərcləri 25% artırıldı

 

Azərbaycan Nəşriyyatı çap xərclərinin artıdığına dair redaksiyalara məktub göndərib.

Xeberinfo.com:   Nəşriyyatın baş direktoru Ağabəy Əsgərovun imzası ilə göndərilən məktubda qeyd olunur ki, respublikaya gətirilən bütün növ poliqrafiya materiallarının qiymətləri kəskin artıdığı üçün nəşriyyat çap xərclərinə dəyişiklik etmək məcburiyyətindədir. Yanvarın 5-dən etibarən çap xərcləri 25% artırılır. Həmin tarixdən çap xərcləri yeni qiymətlərlə ödənilməlidir.

Qiymət artımı özünü hər bir sahədə açıq-aşkar göstərməkdədir. Manatın devalvasiyası qəzetlərin çapına da təsirsiz ötüşməyəcək. “Azadlıq” qəzetinin dünənki sayında qəzetin satış qiymətinin 60 qəpiyə qaldırılması ilə bağlı elan yerləşdirilərək, qiymət artımına məcburiyyət qarşısında gedildiyi və bunun bilavasitə manatın ikinci devalvasiyasından sonrakı bahalaşma ilə əlaqəli olduğu bildirilib.

Şübhəsiz ki, manatın ucuzlaşması və dolların kəskin bahalaşması qəzetlərin xərclərini də birə beş artırıb.

Təbii haldır ki, bəzi qəzetlər vəziyyətdən çıxış yolu kimi qiymət artımını labüd hesab edir. Onlar bunu ilk növbədə kağızın, mətbəə xərclərinin və digər zəruri xərclərin qiymətinin artması ilə əlaqələndirirlər.

Məsələ ilə bağlı “Azərbaycan” nəşriyyatının baş direktorunun müavini Bəsti İsmayılova Modern.az saytına bildirib ki, qiymət artımı gözləniləndir.

O, bildirib ki, bütün sahələrdə olduğu kimi, nəşriyyat işində də qiymət artımı müşahidə oluna bilər:

“ Hələ ki bu barədə qərar qəbul edilməyib, amma qiymət artımı da istisna olunmur. Nəzərə alsaq ki, bütün poliqrafiya materialları xaricdən gətirilir və xarici bazarlarda qiymətlər orta hesabla 35-40 faiz artıb, o zaman deyə bilərik ki, qiymət artımı qaçılmazdır. Belə olan halda çap xərclərinin artması da təbiidir ”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam