Yenixeber.org: Redaksiyamıza müraciət edən vətəndaş şikayətini bölüşüb. O bildirib ki, 24 avqust 2025-ci il tarixində istirahətə yollanarkən Sumqayıt şəhərinin Saray qəsəbəsində fəaliyyət göstərən “Megastore” mağazalar şəbəkəsinə aid supermarketdən Azərbaycanın yerli brendi olan Xırdalan pivəsi alıb.
Lakin piknik zamanı içkini qəbul edərkən vətəndaş məhsulun içindən naməlum qarışığın olduğunu hiss edib. Sözügedən hal istehlakçıda ciddi narahatlıq yaradıb və keyfiyyətə dair suallar doğurub.
Məsələ ilə bağlı qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.(patrulaz.az)