XİN başçısı: 907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır
907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcının göstəricisidir.
Yenixeber.org xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin daha da güclənməsi üçün bu istiqamətdə ABŞ Konqresi ilə müvafiq iş aparılacaq.