Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib-FOTOLAR

 

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 25-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutini qəbul edib.

Yenixeber.org xəbər verir ki, Stiven Douti Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması ilə əlaqədar əldə olunmuş tarixi nəticələr münasibətilə dövlət başçısına təbriklərini çatdırıb, ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu bildirib.

Qonaq həmçinin Vaşinqtonda regional nəqliyyat bağlantıları ilə bağlı əldə edilmiş nəticələrin əhəmiyyətinə toxunub.

Stiven Douti ötən il COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi və qazanılmış uğurlar münasibətilə təbriklərini çatdırıb.

Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinin və Ermənistanla normallaşma prosesinin irəli aparılması üçün bundan sonra da səylərini davam etdirəcəyini deyib.

Dövlət başçısı COP29 zamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin Azərbaycana səfərini və onunla keçirilmiş görüşünü xatırlayıb.

Söhbət zamanı Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, siyasi münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə olunub.

İqtisadi, ticari, informasiya-kommunikasiya texnologiyaları, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu bildirildi. Azərbaycanla Böyük Britaniya arasında enerji sahəsində əlaqələrə toxunularaq, bu xüsusda ölkəmizlə bp arasında 30 ildən artıq davam edən səmərəli əməkdaşlıq qeyd olunub, bunun həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində uğurla həyata keçirildiyi vurğulandı. Bp ilə qarşılıqlı faydalı əməkdaşlığın qarşıdan gələn onilliklər ərzində də davam edəcəyinə ümidvarlıq ifadə olunub.

Sonda qonaq dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam