Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

SOCAR “Azneft” İstehsalat Birliyi cərimələnə bilər -SƏBƏB

media-socar

SOCAR “Azneft” İstehsalat Birliyi ilə bağlı cərimə protokolu imzalanıb.

Yenixeber.org: “Azneft” İB-in İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 539.3-cü maddəsini pozduğu məlum olub. Belə ki, tələbi pozulan maddəyə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

“Azneft”lə bağlı iş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. 21 avqust tarixində hakim Sahilə Bağırovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “Azneft” İstehsalat Birliyinin baş direktoru Qurbanov Əli Qurban oğludur. O, SOCAR-ın “Umid Babək Əməliyyat Şirkəti”nə (UBOC) uzun illər rəhbərlik edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam