Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İlham Əliyev “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidentini qəbul edib -YENİLƏNİB/FOTOLAR

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Koheni qəbul edib.

Yenixeber.org xəbər verir ki, söhbət zamanı dövlət başçısı ilə Cared Kohenin bu ilin yanvarında Davosda görüşü məmnunluqla xatırlanıb.

Ölkə ilə “The Goldman Sachs Group Inc.” şirkəti arasında 2010-cu ildən səmərəli əməkdaşlığın qurulduğu qeyd edilərək Azərbaycan Respublikası Dövlət Neft Fondunun bu şirkətlə uğurlu tərəfdaşlığından məmnunluq bildirilib.

Görüşdə avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması baxımından əldə olunmuş nailiyyətlərin önəminə toxunulub və bu nəticələrin regionun hərtərəfli inkişafı üçün geniş imkanlar yaratdığı vurğulanıb.

Söhbət zamanı Azərbaycanla şirkət arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “The Goldman Sachs Group Inc.” 1869-cu ildə təsis edilib. İnvestisiya və istehlak bankçılığı, qiymətli kağızlar, aktivlərin idarə edilməsi sahələrində xidmətlər təqdim edən aparıcı qlobal maliyyə institutu hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir. Mənzil-qərargahı Nyu-York şəhərində yerləşən şirkət 2,8 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Koheni qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam