Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

“HƏMAS” və müttəfiqləri Qəzza ilə bağlı onlara uyğun gələn təklifləri nəzərdən keçirməyə hazırdırlar

 

Fələstinin “HƏMAS” hərəkatı və onun müttəfiq qrupları tələblərini yerinə yetirəcəkləri təqdirdə Qəzza zolağında atəşkəslə bağlı təklifləri dəyərləndirməyə hazır olduqlarını təsdiqləyiblər. Bu, Qahirədə Fələstin təşkilatlarının rəhbərlərinin nümayəndələrinin görüşü zamanı baş verib.

Yenixeber.org xəbər verir ki, bu barədə “HƏMAS” Telegram kanalında dərc olunmuş press-relizdə deyilir.

“Fələstin fraksiyaları fələstinlilərin tələblərinə cavab verən və sektorda hərbi əməliyyatların dayandırılması, İsrail qoşunlarının oradan çıxarılması və anklavdakı blokadanın götürülməsi daxil olmaqla, Qəzzada atəşkəs məsələsi ilə bağlı istənilən təşəbbüsləri nəzərdən keçirməyə hazırdır”, - deyə məlumatda bildirilir.

Eyni zamanda “HƏMAS” və müttəfiqləri Misir və Qətərə Qəzzaya humanitar yardımın çatdırılmasını bərpa etmək üçün göstərdikləri böyük səylərə görə təşəkkür ediblər.

Radikallar iddia ediblər ki, Dohada keçirilən danışıqların son raundunda tərəflər az qala ciddi razılığa gəliblər, lakin İsrail nümayəndə heyəti Qətərin paytaxtını tərk edib və guya bununla da məsləhətləşmələri pozub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam