Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Ukrayna aviaşirkəti səhlənkarlıqda günahlandırılıb -İranda ölən sərnişinlərin ailələrinə zərəri ödəməli olacaq

 

Ontario Apellyasiya Məhkəməsi "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkətinin 2020-ci il yanvarın 8-də Tehranda PS752 reysini yerinə yetirən təyyarənin vurulmasına görə məsuliyyət daşıması ilə bağlı qərarı təsdiqləyib.

Yenixeber.org xəbər verir ki, bu barədə "Avropa həqiqəti" nəşri məhkəmə qərarına istinadən bildirib.

Məhkəmə "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkətinin Tehrandan uçuşların həyata keçirilməsi ilə bağlı riskləri qiymətləndirməməsini səhlənkarlıq adlandırıb. Aviaşirkət qəza nəticəsində həlak olan bütün sərnişinlərin ailələrinə zərəri tam şəkildə ödəməlidir.

Xatırladaq ki, təyyarə Kiyevə uçarkən Tehran yaxınlığında qəzaya uğrayıb.

İran rəsmi etirazlardan bir neçə gün sonra İslam İnqilabı Keşikçiləri Korpusunun bölməsinin ABŞ ilə gərginliyin artması fonunda (yüksək rütbəli general Qasım Süleymaninin Bağdad yaxınlığında öldürülməsi səbəbindən) təyyarəni bilmədən vurduğunu etiraf edib.

Qəza nəticəsində təyyarədə olan 176 nəfər - 167 sərnişin və 9 ekipaj üzvü həlak olub. Ölənlərin əksəriyyəti iranlılar və kanadalılar olub, onlardan 11-i Ukrayna vətəndaşı idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam