Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Füzulidə istehlak bazarına nəzarət gücləndirilib - FOTOLAR

Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması məqsədi ilə rayon İcra Hakimiyyəti aiddiyyati qurumların nümayəndələri ilə birgə istehlak bazarına müntəzəm nəzarət edir, bu sahəni gündəlik  nəzarətdə saxlayırlar. 

Xeberinfo.com:  Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il  münasibnəti ilə aidiyyəti təşkilatların nümayəndələri ilə birgə rayon ərazisində Əhmədbəyli, Bala Bəhmənli, Qayıdış və Zobucuq istiqamətlərində bazarlarda, topdan satış mərkəzlərində iri ərzaq mağazalarında olmuş, ərzaq məhsullarının qiymətləri ilə maraqlanmış, alıcı və satıcılarla söhbət etmişdir.  

Alı Alıyev son günlər manatın məzənnəsinin aşağı düşməsi fonunda istehlak bazarında yaranmış vəziyyətə münasibət bildirmişdir. Qeyd etmişdir ki, rayonda istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarına yol verilməməli, rayon sakinlərinin bayram bazarlığı etməsi üçün qiymətlər münasib olmalı, bu sahəyə aidiyyəti təşkilatlar nəzarəti gücləndirməlidirlər.

İstehlak bazarında süni qiymət artımının qarşısını almaq məqsədilə rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə komissiya yaradıldığı, Komissiya üzvlərinin rayon ərazisində yerləşən bazarlara və topdan və pərakəndə satış mağazalarına gündəlik nəzarət tədbirləri həyata keçirirdikləri vurğulanmışdır. 

Alıcı və satıcılar əhalinin ərzaq səbətinə daxil olan istehlak mallarının qiymətində ciddi artım olmadığını, süni mal qıtlığı kimi halların rayonda müşahidə edilmədiyini vurğulamışlar. 

Füzuli rayonunda bayram günlərində istehlak bazarına nəzarət gücləndirilmişdir

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam