Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Füzulidə süni qiymət artımına qarşı intensiv nəzarət tədbirləri aparılır

 

"Xeberinfo.com":  Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması məqsədi ilə intensiv nəzarət tədbirləri davam etdirilir. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev qarşıdan gələn Novruz bayaramı ərəfəsində istehlak bazarındakı qiymətlərlə yerində tanış olmaq üçün 08-09 mart tarixlərində məcburi köçkünlər üçün salınmış Qayıdış və Zobucuq qəsəbələrində, Alıxanlı və Əhmədbəyli kəndlərində olmuş, ərzaq məhsullarının qiyməti ilə maraqlanmışdır.

Alı Alıyev sözügedən qəsəbə və kəndlərdəki bazarlara, topdan və pərakəndə satış mağazalarına baş çəkərək alıcı və satıcılarla söhbət etmiş, süni qiymət artımının qarşısını almaq barədə ölkə başçısının tapşırıq və tövsiyyələrindən bəhs etmişdir.

Alı Alıyev qeyd etmişdir ki, bu gün əhalinin istehlak səbətinə daxil olan əsas məhsullar ölkədə istehsal olunur. Ona görədə bu sahədə hər hansı bir süni qiymət artımının olması yolverilməzdir. Söhbət zamanı rayon sakinləri süni qiymət artımının qarşısının alınması ilə bağlı verdiyi tapşırıqlara və bu məsələyə həssas münasibət göstərdiyinə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.   

Qeyd edək ki, süni qiymət artımına qarşı rayon İcra Hakimiyyətində yaradılmış komissiyanın üzvləri də mütəmadi olaraq ərazidəki bazarlarda, topdan və pərakəndə satış mazağalarında monitorinqlər keçirərək bu sahəyə gündəlik nəzarət edirlər.

 

Keçirilən monitorinqlərin və aparılan maarifləndirmə işlərinin nəticəsində cəbhə bölgəsində yerləşən Füzuli rayonunda çörək və ərzaq səbətinə daxil olan məhsullarda qiymət artımına yol verilməmişdir. 




















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam