Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Füzuli rayonunda süni qiymət artımının qarşısı alınır

 

"Xeberinfo.com":  Məlumata görə, Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması məqsədi ilə rayon İcra Hakimiyyəti aiddiyyati qurumların nümayəndələri ilə birgə istehlak bazarına nəzarəti gücləndirmişdir. Son günlər manatın məzənnəsinin aşağı düşməsindən sui-istifadə etməyə çalışan bəzi işbazlar rayon ərazisində süni qiymət artımına çalışsalarda bu cür halların qarşısı qətiyyətlə alınmışdır.

İstehlak bazarında süni qiymət artımının qarşısını almaq məqsədilə rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə komissiya yaradılmışdır.  Komissiyanın üzvləri rayon ərazisində yerləşən bazarlara və topdan və pərakəndə satış mağazalarına gündəlik nəzarət tədbirləri həyata keçirirlər. Komissiya üzvlərinin aidiyyəti dövlət qurumları ilə birlikdə gördüyü tədbirlər nəticəsində cəbhə bölgəsində yerləşən Füzuli rayonunda əsas ərzaq məhsullarının və dərman preparatlarının satış qiymətlərinin əvvəlki səviyyədə saxlanılması təmin edilmiş, xüsusiləçörək və ərzaq səbətinə daxil olan məhsulların satış qiymətində artım müşahidə olunmamışdır. 

 

Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq Rayon İcra Hakimiyyəti aidiyyati qrumlarla birgə istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparır, qiymət artımının səbəblərini araşdırır və müvafiq tədbirlər görür.  Rayon ərazisində qiymətlərin süni şişirdilməsi, qiymətlərdə manipulyasiya hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektləri barədə bundan sonra da qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcəkdir.  






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam