Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Horadizdə daha bir əhəmiyyətli müşavirə keçirildi - FOTOLAR

 

 

Horadiz şəhərində Heydər Əliyev Mərkəzində yerli əhəmiyyətli məsələlərin həllində kənd, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və bələdiyyələrin fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş müşavirə keçirilmişdir.

Xeberinfo.com:  Müşavirədə rayon icra Hakimiyyətinin başçısı Alı Alıyev, idarə, müəssisə və təşkilatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyələr, vergi ödəyiciləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev müşavirəni açmış, respublikamızın sosial-iqtisadi inkişafında, əhalinin sosial rifahının yüksəlməsində, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin rolu və iştirakından danışmışdır. Yerli icra hakimiyyəti orqanlarının  və bələdiyyələrin birgə fəaliyyətlərini əlaqələndirmək, ortaya çıxan problemlərin həllinə kömək göstərmək, ölkədə yerli özünüidarəetmənin inkişafı və möhkəmləndirilməsi məqsədi ilə onların fəaliyyətinin daha gücləndirilməsinin zəruriliyi qeyd olunmuşdur. Bildirmişdir ki, yerliözünüidarəetmə orqanı olan bələdiyyələr kənd və  qəsəbələrin sosial həyatında aktiv iştirak etməli, vergilərin yığılması, vergi uçotunun aparılmasını təşkil etməlidirlər.

Alı Alıyev son günlər manatın məzənnəsinin aşağı düşməsi fonunda istehlak bazarında yaranmış vəziyyətə də münasibət bildirmişdir. Qeyd etmişdir ki, rayonda istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarına yol verilməməli, bu sahəyə aidiyyəti təşkilatlar nəzarəti gücləndirməlidirlər.

“Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq Rayon İcra Hakimiyyəti aidiyyati qrumlarla birgə istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparır, qiymət artımının səbəblərini araşdırır və müvafiq tədbirlər görür. Rayon ərazisində qiymətlərin süni şişirdilməsi, qiymətlərdə manipulyasiya hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektləri barədə bundan sonra da qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcəkdir.” - deyə  Alı Alıyev vurğulamışdır.

Alı Alıyev rayonun idarə, müəssisə və təşkilatlarını maliyyə intizamına riayət etməyə, iş adamları və sahibkarları vergiləri vaxtında ödəməyə çağırmışdır.   

Müşavirədə həmçinin rayonun vergi ödəyicilərinə və aidiyyəti təşkilatlara vergilərin vaxtında və düzgün yığılması, ödənilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyyələr verilmişdir.






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam