Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

İcra başçısı məcburi köçkünlərlə görüşdü - FOTOLAR

 

 

Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması məqsədi ilə  rayon İcra Hakimiyyəti aiddiyyati qurumların nümayəndələri ilə birgə istehlak bazarına daim nəzarət edir, qiymətlərin süni şişirdilməsi, süni mal qıtlığı, qiymətlərdə manipulyasiya hallarına yol verilməməsi və digər sui-istifadə hallarının qarşısının alınması üçün bu sahəyə nəzarət tədbirlərini gücləndirir.

 

Xeberinfo.com:  Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev növbəti dəfə bazar günü məcburi köçkünlərin sıx məskunlaşdıqları Zobucuq qəsəbərində, Alıxanlı və Kürdmahmudlu kəndlərində olmuş, vətəndaşlarla görüşmüş, onlara söhbət edib, problem və qayğılarını dinləmişdir. Əvvəlcədən planlaşdırılmayan görüşdə sakinlərinin problemləri dinlənilmiş, onları narahat edən məsələlər vətəndaşlarla birgə müzakirə olunmuş, mövcud nöqsan və çatışmazlıqların həll olunmasına çalışılmışdır.

Alı Alıyev aidiyyəti qrumların nümayəndələri ilə birgə məcburi köçkünlərin sıx məskunlaşdıqları Zobucuq qəsəbələrində, Alıxanlı və Kürdmahmudlu kəndlərində  topdan və pərakəndə satış mərkəzlərində də olmuş, alıcı və satıcılarla söhbət etmiş, ərzaq məhsullarının, çörəyin və unun qiyməti ilə maraqlanmışdır. Alıcılar ölkə başçısının tapşırığından sonra unun və çörəyin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin endilidiyini qeyd etmişlər.

Alı Alıyev dünyada baş verən iqtisadi proseslərin Azərbaycandan da yan keçmədiyini, ona görə də ölkəyə xaricdən idxal olunan bəzi ərzaq və digər məhsulların qiymətlərinin artdığını qeyd etmişdir. Bildirmişdir ki, hazırda dövlət ölkədə istehsal olunan və əhalinin ərzaq səbətinə daxil olan məhsulların qiymətlərinin sabit saxlanılmasına, yerli istehsalı artırmağa çalışır.

Alı Alıyev rayonda istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektləri barədə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin bundan sonra da  görüləcəyini bildirmişdir. 

Zobucuq qəsəbələrində və Alıxanlı və Kürdmahmudlu kəndlərində məskunlaşan məcburi köçkünlər dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunduqlarını fasiləsiz və pulsuz qaz, işıq, su və digər  sosial problərinin həll olunduğunu bildirmişlər. Məcburi köçkünlər onlara göstərdiyi diqqət və qayğıya görə Prerzident cənab İlham Əliyeva və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

 

Alı Alıyev vətəndaşlara istər süni qiymət artımı ilə bağlı, istərsədə onları narahat edən digər məsələlərlə bağlı vətəndaşlıq mövqeyindən çıxış edərək ictimai nəzarət qaydasında rayon İcra Hakimiyyətində yaradılmış “qaynar xət”də və aidiyyəti qurumlara məlumat vermələrini xahiş etmişdir.


















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam