Alparslan Bayraktar: "Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq"
Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya tədarükü avqustun 2-də başlayacaq.
Yenixeber.org-un məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
"Avqustun 2-də Kilis vasitəsilə Azərbaycandan Hələbə təbii qaz ixracına başlayacağıq", - Türkiyə KİV-ləri onun sözlərini yayıb.