Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

İqtisadi Şuranın iclası keçirilib, “Mygov Biznes”-ə dair müzakirə aparılıb- FOTO

 

Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.

Yenixeber.org: Bu barədə  Nazirlər Kabineti məlumat yayıb.

İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanından irəli gələrək Hökumətə verilən tapşırıqların icra vəziyyəti və görülmüş işlər, o cümlədən sahibkarların dövlət qurumlarına müraciətinin elektronlaşması və xidmətlərin rəqəmsallaşması, “Mygov Biznes” altsisteminin yaradılması və rəqəmsallaşmayan dövlət xidmətlərinin “ASAN xidmət”də göstərilməsi, dövlət xidmətlərinin və alınan ödənişlərin optimallaşdırılması, xidmət haqlarının məbləğinə və hüquqi əsasına baxılması və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi dinlənilib. İclasda iştirak edən ədliyyə naziri Fərid Əhmədov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Fərmanından ilə gələn tapşırıqlarla bağlı çıxış edib.

Təqdim olunan iqtisadi gündəliyə dair İqtisadi Şuranın üzvləri tərəfindən geniş müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam