Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Zaqatalada Talaçay çayından sel keçib, mühafizə bəndi qəzalı vəziyyətə düşüb- FOTOLAR

 

Zaqatalada Talaçay çayında sel suları mühafizə bəndini qəzalı vəziyyətə salıb.

Yenixebe.org-un məlumatına görə, güclü yağışlar nəticəsində Talaçay çayında suyun səviyyəsinin artması nəticəsində Zaqatala şəhərinin Nizami küçəsinin mühafizəsini təmin edən daş-beton bəndin bir hissəsi yararsız vəziyyətə düşüb.

Sakinlər bildiriblər ki, həmin bənd 1980-ci illərdə inşa edilib və istismar müddəti artıq başa çatıb.

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ceyhun Mirzəyev "Report"un yerli bürosuna bildirib ki, çayda suyun səviyyəsinin artması bəzi ərazilərdə təhlükə yaradıb:

"Şəhərin bir hissəsini sel sularından mühafizə edən bənddə çatlar yaranıb və həmin ərazidə torpaq sürüşməsi qeydə alınıb. İdarə tərəfindən layihə hazırlanaraq həmin ərazidə 300 paqon metr bəndin inşası nəzərdə tutulur".(Report)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam