Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Natiq Məmmədli: "Euronews" təlimi Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi yaradacaq

 

"Euronews" təlimi son illər Azərbaycan mətbuat tarixində ilk hadisədir.

Yenixeber.org xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli "Euronews" təlimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən təlim Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi yaradacaq:

“Bu təlimin jurnalistikamızın inkişafı üçün çox böyük praktiki imkanları olacaq. Müasir jurnalistika trendləri, rəqəmsal mühitdə jurnalistikanın prinsipləri, sosial şəbəkələrin idarə edilməsi ilə bağlı jurnalistlərə məlumatlar aşılanacaq”.

N.Məmmədli həmçinin bildirib ki, beş gün davam edəcək təlim davamlı təşkil olunacaq:

"Bundan sonra da əməkdaşlığın yeni imkanları müzakirə olunacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam