Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Azərbaycanın vaxtilə Ermənistanın işğal etdiyi ərazilərində qanunsuz məskunlaşma aparılması məhkəmədə sübut olunub

 

İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma aparılması sübut olunub.

Yenixeber.org xəbər verir ki, qondarma rejimin “rəhbəri olmuş” təqsirləndirilən şəxs Bako Sahakyan prokurorun suallarına cavabında Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərinə əsasən Suriya və Livan vətəndaşlarının, habelə digər ölkələrdən bəzi vətəndaşların gətirilərək məskunlaşdırıldığını bildirib.

B.Sahakyan söyləyib ki, bu işlərlə qondarma qurumun “sosial müdafiə nazirliyi” məşğul olub. “Bu layihə bizim üçün strateji əhəmiyyətli idi. Çünki birinci müharibədən sonra əhalinin sayı kəskin şəkildə azalmışdı”, - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs layihənin uğurla başa çatmadığını da bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam