Xarici diplomatlar Şuşada Üzeyir Hacıbəyovun ev-muzeyində olublar
Azərbaycanda akkreditə olunmuş diplomatlar, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada Üzeyir Hacıbəyovun ev-muzeyini ziyarət edib.
Yenixeber.org xəbər verir ki, qonaqlara görkəmli Azərbaycan bəstəkarının həyatı və yaradıcılığı haqqında məlumat verilib.
Bundan başqa, xarici diplomatlar şəhərin tarixi ilə tanış ola və işğal dövründə Şuşada törədilmiş dağıntıların şahidi ola biləcəklər.