Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Sahibə Qafarova: “QDİƏT ölkələri süni intellekt üçün hüquqi baza formalaşdırmalıdır”

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələr süni intellekt sahəsində hüquqi çərçivələr formalaşdırmalıdır.

Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) plenar iclasında bildirib.

Onun sözlərinə görə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələri ortaq tarix, mədəniyyət və sülh arzusu birləşdirir: “Bizim fəaliyyətimiz vacib prinsiplərə əsaslanır. Buraya demokratiya, hörmət, etimad kimi dəyərlər daxildir. Qəbul etdiyimiz qərarlar söz olaraq qalmamalıdır. Onlar konkert addımlarla müşayiət olunmalıdır. Belə ki, təşkilata üzv ölkələr arasında dialoq real siyasətə çevrilməlidir. Biz şəffaf mexanizmlər yaratmalı, dayanıqlı inkişafa diqqətimizi yönəltməliyik. Bu gün qəbil ediləcək qərarlar həm operativ, həm starateji olmalıdır”.

Spiker qeyd edib ki, bu mənada rəqəmsallaşma və “yaşıl iqtisadiyyat” mühüm əhəmiyyət kəsb edir: “Süni intellekt də vacib mövzulardan biridir. Bu, artıq bütün sahələrə təsir göstərir. Bununla bağlı hüquqi çərçivələr formalaşdırmalı, region ölkələrinin süni intellektə bərabər çıxışını təmin etməliyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam