Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Netanyahu: İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir

 

İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin İrana qarşı hərbi əməliyyatı davam etdirmək əzmində olduğunu bəyan edib.

Yenixeber.org-un məlumatına görə, hökumət başçısı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İranın nüvə proqramı İsrailin mövcudluğuna təhdid yaradır, çünki Tehran gücünü artırmağa və nüvə silahı yaratmağa çalışır.

"Hər şeydən əvvəl, İranın nüvə silahı İsrail üçün ən böyük ekzistensial təhdiddir", - o bildirib.

B.Netanyahu bəyan edib ki, İsrail Müdafiə Qüvvələri İran üçün "kütləvi qırğın silahları hazırlayan" 10 iranlı alimi öldürüb. Lakin İsrailin yeni hədəf kimi müəyyən etdiyi daha bir neçə nəfər qalıb.

O, həmçinin vurğulayıb ki, İsrail mülki əhali arasında itkiləri minimuma endirmək üçün IDF-in əməliyyatları barədə İran əhalisini xəbərdar edir.

"Biz əlimizdən gələni edirik, hətta hədəflər yaşayış məntəqələrinin mərkəzində, o cümlədən Tehranda yerləşdirildikdə belə. Biz əhalinin təxliyəsinə çağırırıq və onlar mövqeləri tərk edirlər", - Baş nazir bildirib.

İsrail hökumət başçısı həmçinin bəyan edib ki, artıq məhv etdikləri bəzi hədəflər barədə hələ elan edilməyib. "Biz onların radarlarını, mənzil-qərargahlarını, radiostansiyalarını və tezliklə eşidəcəyiniz digər hədəfləri vururuq", - o əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam