“Kristal CF” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vergi orqanları tərəfindən 706.76 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Yenixeber.org: Məlumata görə, bu qərar Operativ vergi nəzarəti çərçivəsində tərtib olunmuş AKT əsasında verilib.
Cəriməyə səbəb kimi pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, eləcə də malların qaimə-faktura və ya elektron vergi sənədləri olmadan alınması halları göstərilib.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Bəbir Çobanzadə küçəsi, ev 32B olaraq qeyd olunub. Qanuni təmsilçisi Vahid Sadıqov Rafiq oğludur, nizamnamə kapitalı isə cəmi 20 AZN təşkil edir.
Xatırladaq ki, mediada yayılan məlumatlara əsasən, “Kristal CF” əmtəə nişanı ilə satışda olan “Baranina” adlı kolbasa məhsulunun üzərində “halal” markalanmasına baxmayaraq, tərkibində donuz əti və piyi aşkar edildiyi bildirilmişdi. Bu məsələ ictimaiyyətdə geniş rezonans doğurmuşdu.(32gün.az)