Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

“Veysəloğlu” BMT-nin Qlobal Sazişinə qoşuldu -FOTOLAR

Azərbaycanın gündəlik istehlak malları (FMCG) sektorunda aparıcı şirkətlər qruplarından biri olan Veysəloğlu Şirkətlər Qrupu, Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) rəsmi şəkildə qoşulub.
Yenixeber.org: Bununla da “Veysəloğlu” FMCG sektorunda bu təşəbbüsə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu.
Rəsmi imzalanma mərasimi şirkətin Bakıdakı mərkəzi inzibati ofisində baş tutub. Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov, BMT Qlobal Sazişinin Azərbaycan üzrə nümayəndəsi Samir Məmmədov, rəhbər heyət və korporativ dayanıqlılıq üzrə məsul olan direktorlar iştirak ediblər.
Bu təşəbbüsə qoşulmaqla “Veysəloğlu” ətraf mühitin mühafizəsi, sosial məsuliyyət və şəffaf idarəetmə sahəsində fəaliyyətlərini BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) və 10 universal prinsip əsasında daha da təkmilləşdirməyi hədəfləyir.
“Veysəloğlu”nun təsisçisi Aydın Talıbov tədbirdə çıxış edərək bu addımın şirkət strategiyasına tam uyğun olduğunu qeyd edib:
“Biz bu gün sadəcə bir sənədə imza atmırıq – biz gələcək nəsillər üçün daha ədalətli, etik və davamlı biznes mühiti yaratmağı hədəfləyirik. Korporativ mədəniyyət, ətraf mühitə məsuliyyətli yanaşma, şəffaf və ədalətli idarəetmə, həmçinin inklüziv inkişaf prinsipləri 30 illik fəaliyyətimiz ərzində bizim iş fəlsəfəmizin ayrılmaz hissəsinə çevrilib. Bu gün həmin dəyərləri qlobal səviyyəyə daşımaqda qərarlıyıq.”
BMT-nin Qlobal Saziş üzrə Azərbaycan nümayəndəsi Samir Məmmədov da çıxışında bu hadisənin sektor üçün əhəmiyyətini xüsusi vurğulayıb:
“Veysəloğlu Şirkətlər Qrupunun Qlobal Sazişə qoşulması Azərbaycanın pərakəndə sektorunda bir ilkdir. Bu qədər geniş biznes imkanlarına malik olan bir şirkətin təşəbbüsü ölkə biznes mühitində dayanıqlı inkişaf dəyərlərinin təşviqi üçün əlamətdar bir addımdır. Biz bu tərəfdaşlığı yüksək qiymətləndirir, digər şirkətləri də bu istiqamətdə təşəbbüs göstərməyə çağırırıq”.
BMT Qlobal Sazişi haqqında 2000-ci ildə BMT tərəfindən təsis edilən Qlobal Saziş, şirkətləri strategiya və əməliyyatlarını insan hüquqları, əmək standartları, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə sahəsində qəbul edilmiş 10 prinsipə uyğunlaşdırmağa təşviq edir. Bu gün Qlobal Saziş 160-dan çox ölkədə 30 000-dən artıq biznes və qeyri-biznes tərəfdaşı birləşdirən dünyanın ən böyük korporativ dayanıqlılıq platformasıdır.
Veysəloğlu Şirkətlər Qrupu haqqında  1994-cü ildə təsis edilən Veysəloğlu Şirkətlər Qrupu hazırda Azərbaycanın ticarət şəbəkələri sektorunda lider mövqeyə sahibdir. Qrup özündə pərakəndə ticarət, logistika, istehsal, distribusiya və dağıtım sahələrini birləşdirərək tədarük zəncirinin bütün mərhələlərində aktiv rol oynayır. 30 illik fəaliyyəti boyunca Qrup ərzaq təhlükəsizliyi, məşğulluq və təchizatın sabitliyi baxımından ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verməkdədir.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam