Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Rusiya Müdafiə Nazirliyi: Ukraynadan əsir hərbçilərimizin ilk qrupu qaytarılıb

 

25 yaşına çatmamış rusiyalı hərbi əsirlərin birinci qrupu İstanbulda əldə olunmuş razılaşmalara uyğun olaraq Rusiyaya qaytarılıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin eyni sayda hərbi əsiri Kiyevə təhvil verilib”, - məlumatda bildirilib.

Mübadilə edilən əsirlərin sayı açıqlanmayıb.

Bildirilib ki, hazırda hərbçilər Belarusdadırlar, onlara zəruri psixoloji və tibbi yardım göstərilir.

"Bütün rusiyalı hərbçilər Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün ölkəyə gətiriləcəklər", - məlumatda qeyd olunub.

Bu arada Ukrayna mətbuatı Prezident Volodimir Zelenskiyə istinadən yazır ki, proses yaxın bir neçə gün ərzində bir neçə mərhələdə həyata keçiriləcək. Geri qaytarılanlar arasında yaralılar və ağır yaralılar, həmçinin yaşı 25-dən az olan hərbçilər də var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam